2015-ci il Milli Məclisə keçiriləcək seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmüş “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının namizədliyi DSK tərəfindən qeydə alınmayıb.
Tənzilə Rüstəmxanlı İnterpress.az-a açıqlamasında bütün sənədləri qaydasında olduğu halda DSK-nın belə qərar çıxarmasından təəccübləndiyini bildirib: “İmza vərəqələri zamanda və qaydalara uyğun, heç bir qanun pozuntusu olmadan təqdim edilib. Ancaq buna baxmayaraq namizədliyimin qeydə alınmamasına görə Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyəm. Dövlət başçısı, cənab prezidentin seçkilərin şəffaf və ədalətli keçirilməsi barədə tapşırığına əməl etməyən məmurlar qeydiyyata alınmağıma mane oldular”.
Qeyd edək ki, Tənzilə Rüstəmхanlı namizədliyini 42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən irəli sürmüşdü.
İnterpress.az