NATO irimiqyaslı təlimlərə başladıbackend

NATO irimiqyaslı təlimlərə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç ölkə ərazisində (İtaliya, İspaniya, Portuqaliya) keçiriləcək təlimlərdə 36 min hərbçi 30 ölkəni təmsil edəcək.

Təlimlərdə 200 döyüş təyyarəsi və 50 hərbi gəminin iştirakı nəzərdə tutulub.

“Trident Juncture-2015” NATO-nun 2002-ci ildən bəri Avropada keçirdiyi ən irimiqyaslı təlimidir. Təlimlərə Şimali Atlantika alyansına üzv ölkələr, o cümlədən tərəfdaş dövlətlərin quru qoşunları, hərbi-hava qüvvələri və xüsusi təyinatlı bölmələri cəlb ediləcək.

Təlimlər noyabrın 6-dək davam edəcək.

İneterpress.az