Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, sabah şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
İnterpress.az