Tanınmış aktrisa ikinci dəfə ana oldubackend

Tanınmış aktrisa ikinci dəfə ana oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda Sandra Ballok qız uşağı övladlığa götürüb.

51 yaşlı aktrisa sənədlərin rəsmiləşdirilməsini bitirəndən sonra, qızcığazı dərhal evinə aparıb. Uşağın doğulduğu yer və tarixi haqda aktrisa hələ ki, məlumat verməyib. Sandranın yaxınları bildiriblər ki, aktrisa ikinci dəfə ana olmaq haqda məsuliyyətli qərarı qəbul etməmişdən əvvəl, bütün detalları sevgilisi Brayan Rendal ilə müzakirə edib.

KİV-in sözlərinə görə, Sandra uzun müddət ailənin böyüməsini arzulayırdı, lakin o, bu qərara, gələcək həyat yoldaşı Brayan Rendal ilə birgə gəlib. İndiki sevgilisi ilə münasibətlər kifayət qədər ciddi və möhkəm olduğu üçün, Sandra yenidən analıq hissini yaşamaq istəyib.

Sandra Ballokun bioloji uşaqları yoxdur. Aktrisa həyat yoldaşı, teleaparacı Cessi Ceyms ilə 2010-ci ildə Luis adlı oğlan uşağını övladlığa götürüb. Lakin həmin ildə cütlük boşanıb və o vaxtdan, Sandra uşağı tək böyüdür.

Sandra Ballok -\” Qızıl Qlobus\” və \”Oskar\” mükafatlarının sahibəsidir. 2010-ci ildə \”Görünməyən tərəf\” filmində çəkildiyi rol üzrə ilin ən \”yaxşı aktrisası\” adına layiq görülmüşdü.

Aktrisanın çəkildiyi \”Dağıdan\” və \”Sürət\” filmləri, ona dünya şöhrəti qazandırıb. O, 2014-cü ildə Hollivudun ən gəlirli aktrisaları siyahısına başçılıq edib.

Bu ilin avqust ayında digər tanınmış aktrisa Cennifer Eniston və Castin Teru cütlüyü qız uşağı övladlığa götürüb. Sandra və onun oğlu Luis ilə gəzintidən sonra, Cennifer uşaq övladlığa götürmək haqda qərar verib.

Aktrisa etiraf edib ki, onda analıq hissləri oyanmağa başlayıb. Cennifer Bred Pittin keçmiş həyat yoldaşı olub, 2005-ci ildə isə cütlük ayrılıb. Cennifer Enistonun da öz doğma uşağı yoxdur.

İnterpress.az