İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonunun Kovlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakının Nizami rayonunda vətəndaşa məxsus \”Lada\” markalı minik avtomobilin mühərrikində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
İnterpress.az