İnterpres.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, şəhərin Sabunçu rayonunda göldə balıq tutarkən 1 nəfər boğulma təhlükəsi ilə üzləşib. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:50-də başa çatıb.
İnterpress.az