Gəncədə piyadanı maşın vurdubackend

Gəncədə piyadanı maşın vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Vüsal Əliyev bədənin müxtəlif hissələrinin əzilməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına müraciət edib. Tibbi yardım göstərilən yaralının vəziyyətinin normal olduğu bildirilir.

V. Əliyevin bildirdiyinə görə, o şəhərin Nizami küçəsində yolu keçmək istəyərkən “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

İnterpress.az