Məktəb direktoru ilə bağlı Təhsil Nazirliyindən açıqlama: “Xəbərimiz yoxdur”backend

Məktəb direktoru ilə bağlı Təhsil Nazirliyindən açıqlama: “Xəbərimiz yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dünən mətbuatda “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılması ilə bağlı yayılan xəbərə Təhsil Nazirliyindən açıqlama verildi.

İnterpress.az saytının əməkdaşı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlayıb və məsələ ilə bağlı münasibət öyrənib.

Təhsil Nazirliyinin rəsmisi məsələdən xəbərsiz olduğunu bildirib: “Bu gün bazar günüdür, iş günü deyil. Mənim bu məsələdən xəbərim yoxdur, belə bir şey eşitməmişəm. Əgər belə bir hadisə olsaydı mən mütləq bilərdim. Daha dəqiq məlumalı iş günü verə bilərəm.”

İnterpress.az