Bu barədə APA-ya kənd sakinləri məlumat verib. Bu gün səhər saatlarından başlayaraq, dağlar ağ rəngə boyanıb. Təxminən 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə qar yağıb.
Kənd sakini Rüstəm Məlikov çəkdiyi fotoları APA-ya təqdim edib.
Quba Regional Hidrometeorologiya Mərkəzindən APA-nın yerli bürosuna verilən məlumata görə, müşahidə məntəqələrinin olduğu ərazilərin heç birində qar yağması faktı qeydə alınmayıb.
İnterpress.az