AZAL-dan Həcclə bağlı açıqlamabackend

AZAL-dan Həcclə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Modern.az saytına AZAL prezidentinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənski Səudiyyə Ərəbistanına məxsus “Flynas air” şirkətini yarıtmaz fəaliyyətdə ittiham edib:

“Məlum olduğu kimi, zəvvarlar Səudiyyə Ərəbistanının Məkkə şəhərinə “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarələri ilə səfər ediblər. Lakin, Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülən qəti şərtlərə görə, zəvvarların vətənə qayıdışını qarşı tərəf həyata keçirməli idi.

Təəssüf ki, Səudiyyə tərəfi bu vəzifənin öhdəsindən gələ bilmədi. Bunun nəticəsində də, azərbaycanlı zəvvarlar qayıdarkən ciddi problemlər ilə üzləşdilər – uçuşlar təxirə salındı.
AZAL gələcəkdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə aparılması və onların qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır”.

Bu il Səudiyyə Ərəbistanı Azərbaycana ümumilikdə 2400 zəvvar yeri ayırmışdı. Mina dağında baş verən izdihamda vəfat edənlərin çox olması səbəbi ilə azərbaycanlı zəvvarların vətənə qayıtması ləngiyib.

İnterpress.az