Musavat Divanının növbəti iclası keçirilibbackend

Musavat Divanının növbəti iclası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Musavat.com-a partiyanın mətbuat xidmətindən xəbər verilib. Bildirilir ki, Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı seçki prosesi barədə ətraflı məlumat verib. Seçki dairələri üzrə vəziyyət analiz edilib.

Müsavat Partiyasının başqanı Arif Hacılı 6 oktyabr 2015-ci il tarixdə saat 14.00-da partiyanın VIII Qurultayından sonra partiyanın bir illik fəaliyyəti və Parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirəcəyi barədə məlumat verib.

Divanda 25 oktyabr 2015-cü il tarixdə saat 1500-dən 1700-dək Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) “Azad seçki!” şüarı ilə mitinq keçirmək qərara alınıb.

Partiyanın rəhbər orqanları tərəfindən 1 noyabr 2015-ci ilə təyin edilmiş Parlament seçkilərində namizədlikləri irəli sürülənlərdən başqa digər partiya üzvlərinin namizdəliklərinin irəli sürülməsinin, Müsavat Partiyasının Nizamnaməsinə görə yolverilməz olduğu qeyd edilib. Bu barədə Mərkəzi Seçki Komissiyasına məlumat verilməsi və qeydiyyatdan dərhal sonra həmin partiya üzvlərinin partiya məsuliyyəti məsələsinə baxılması qərara alınıb.

Oktyabrın 10-u saat 12.00-da seçki prosesini müzakirə etmək üçün Divanın növbədənkənar iclasının çağırılması barədə qərar qəbul edilib.

Divan son günlər ölkənin bəzi yüksək vəzifəli şəxslərin və televiziya kanallarının ölkəmizin Avrasiya İttifaqına qoşula biləcəyi ilə bağlı apardığı kampaniyanı kəskin pisləyərək, bunun Azərbaycanın Müstəqillik Aktına, Konstitusiyasına və Təhlükəsizlik Konsepsiyasına zidd olduğunu qeyd etməklə bu təbliğata son qoyulmasını hakimiyyətdən tələb edib.

Sonda carı məsələlər müzakirə edilib.

İnterpress.az