Müdafiə Nazilriyindən İnterpress.az-a verilən məlumata görə, sentyabrın 6-dan 13-dək keçirilmiş komanda qərargah hərbi oyunlarında icra edilən əməliyyat tapşırıqlarının davamı kimi nəzərdə tutulan bu təlimlərdə Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş fəaliyyətlərinin qərargahlar tərəfində idarə olunması bacarıqları yoxlanılacaq.
Təlim tapşırıqlarının işlənib hazırlanması ilə yanaşı mürəkkəb əməliyyat şəraitində qoşunların idarə edilməsi, müxtəlif səviyyəli qərargahların uzlaşması, döyüş xidmətinin təşkili və aparılmasının yoxlanılması da nəzərdə tutulur.
Qeyd edək ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi Silahlı Qüvvələrin hazırlığı planına əsasən keçirilən komanda-qərargah təlimləri oktyabrın 8-dək davam edəcək.
İnterpress.az