Yunanıstanın İstanköy adasındakı bir çimərlikdə Avropa yolçusu olduğu təxmin edilən 4 yaşlarındakı bir oğlan uşağının cansız bədəni tapılıb. Uşağın cəsədi İstanköy dövlət xəstəxanasına aparılıb. Hazırda kiçik uşağın kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar başlanılıb.
Qeyd edək ki, sentyabrın 2-də Avropaya gedən 3 yaşlı Aylan ailəsi ilə birlikdə Aralıq dənizində batmışdı. Aylanın sahilə çıxan cansız bədəni günlərlə bütün dünyanın gündəminə çevrildi.
İnterpress.az