Bakıda avtomobil hasara çırpılıb, ölən və yaralanan varbackend

Bakıda avtomobil hasara çırpılıb, ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın məlumatına görə, Ziya Bünyadov prospekti ilə \”Koroğlu\” metro stansiyası istiqamətində hərəkətdə olan \”Mercedes\”in sürücüsü E.Həsənov havanın yağışlı olması səbəbindən idarəetməni itirib. Sürət yüksək olduğundan sürücü yaş yolda avtomobili saxlaya bilməyib. Nəticədə avtomobil yanacaqdoldurma məntəqəsinin hasarına çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Sərnişini Şaiq Abbasov xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.

İnterpress.az