Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan Ayaz Əndəruni, Ələmdar Əhmədov və Zahid Məmmədov ərizə ilə Sabunçu rayon Polis İdarəsinə müraciət ediblər. Şikayət ərizəsrində bildirilib ki, Ramana qəsəbəsində yerləşən Abşeron rayon maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı müəssisəsinin direktoru İmanverdi Qəmbərov onlara torpaq sahəsi sataraq dələduzluq yolu ilə pulunu mənimsəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmə) maddəsinə əsasən cinayət işi başlanılıb.
Qeyd edək ki, 1970 -ci ildə yaradılan sovxozun 1240 hektar torpaq sahəsi və 1800 baş iribuynuzlu mal-qarası olub. Sovxozun 70 hektar ərazisində Şuşa rayonundan olan məcburi köçkünlər üçün qəsəbə inşa edilib. Yerdə qalan ərazi isə ayrı-ayrı şəxslərə satılıb. ( apa )
İnterpress.az