BANM-dən APA-ya verilən məlumata görə, E. Qasımov seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Mərkəzi Seçki Komissiyasının 26/177 saylı Qərarına əsasən, səlahiyyətli nümayəndə kimi qeydə alınıb.
Qeyd edək ki, YAP seçkilərdə səlahiyyətli nümayəndələr təyin edib və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri MSK-ya təqdim edib. MSK bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyənləşdirib.
Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. O, 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini, 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2006-cı ildə Elmar Qasımov aspiranturanı bitirərək namizədlik dissertasiyasını müdafiə edib, coğrafiya elmləri namizədidir. 1995 – 1999-cu illərdə E. Qasımov Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri, 1999 – 2012-ci illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1999 – 2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini, 2011-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifələrində işləyib. 10 aprel 2012-ci ildə BANM-in rektoru təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Elmar Qasımov 3 oktyabr 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub, 19 sentyabr 2014-cü ildə “Əməkdar müəllim” adını alıb.
İnterpress.az