Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə edilib.
Qanunun 14-cü -kütləvi informasiya vasitəsinin təsis edilməsi maddəsinə edilən əlavəyə görə, bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı dini mətbu nəşrin yaradılmasına dair rəyini bildirməlidir.
Qanuna edilən mövcud dəyişiklik səsə qoyularaq qəbul edilib.
İnterpress.az