Bu, Milli Məclisin oktyabrın 6-da “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanuna etdiyi dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycanın hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyatına alınacaqlar.
Xatırladaq ki, qanunun hazırkı maddəsində qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulmur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İnterpress.az