Dəhşətli qətl hadisəsinin üstü açılıbbackend

Dəhşətli qətl hadisəsinin üstü açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 18-nə keçən gecə Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 83 yaşlı Səfər Səfərovun evinə tamah məqsədilə girmiş 3 maskalı şəxsin onun və arvadı, 86 yaşlı Xanpərinin əl-ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq evdə axtarış aparmaları, heç nə tapa bilməyib hadisə yerini tərk etmələri və X. Səfərovanın hadisə yerində ölməsi barədə verilmiş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Xanpəri Səfərovanın ailə münaqişəsi zəminində öz həyat yoldaşı Səfər Səfərov tərəfindən öldürüldüyü müəyyən edilib və o, həbs edilib.

İnterpress.az