Bakıda ağır qəza: 2 nəfər ölüb, 6 nəfər yaralanıbbackend

Bakıda ağır qəza: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Hadisə oktyabrın 5-də saat 20 radələrində baş verib.

Suraxanı rayonunun Hövsan qəsəbəsində hələlik sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş “Mitsubishi” markalı avtomobil aşıb. Nəticədə sərnişinlərdən Bakı şəhər sakini Məhəmməd Hüseynov və Oğuz rayon sakini Eyvaz Osmanov ölüb, digər 6 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

İnterpress.az