Milli Məclisin iclası zamanı qanun layihəsi haqqında deputat Rafael Hüseynov məlumat verib. Qanunun 14-cü maddəsinə edilən dəyişikliyə əsasən, dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanın rəyinin nəzərə alınmasını nəzərdə tutur.
“KİV haqqında çevik dəyişikliyin olması qanunauyğundur. Bu qanun layihəsinə edilən dəyişiklik dini mətbu nəşrlərlə bağlıdır. Bəzən dini nəşrlərdən sui-istifadə halları olur. Mətbu nəşri təsis etmək istəyən hüquqi və fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməlidir.
Edilən dəyişikliyə əsasən dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanın rəyi sənədlərə əlavə olunur”.
İnterpress.az