Mərkəzi Bank daha bir nəfəri “qara siyahı”ya salıbbackend

Mərkəzi Bank daha bir nəfəri “qara siyahı”ya salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Məlumata görə, daha bir nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxsin adı Aseel Muthanadır.

Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

İnterpress.az