Akademik Nadir Seyidov II Fəxri xiyabanda dəfn olunubbackend

Akademik Nadir Seyidov II Fəxri xiyabanda dəfn olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vida mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, mərhumun ailə üzvləri, həmkarları və digər şəxslər iştirak ediblər.

İ. Həbibəyli N. Seyidovun keçdiyi həyat yolu haqqında danışıb. O bildirib ki, N. Seyidov Azərbaycanda kimya elminin inkişafına böyük töhfə verib: “Nadir Seyidov həm ölkəmizdə, həm də beynəlxalq aləmdə Azərbaycan elmini şərəfli şəkildə təmsil edib. Nadir Seyidov bu gün həyatda olmasa da, onun ideyaları yaşayır”.

Bakı Dövlət Universitetinin rektoru A. Məhərrəmov isə Azərbaycan elminə ağır itki üz verdiyini bildirib: “Nadir Seyidov döyük alim, böyük insan idi. O, Bakı Dövlət Universitetində təhsil alıb, zəhməti ilə böyük zirvəyə qalxıb”.

N. Seyidovun həmkarları və oğlu Vüqar Seyidov da mərhum alimin elmi yaradıcılığı haqda danışıblar.

Mərhum II Fəxri xiyabanda dəfn olunub.

İnterpress.az