Cəlilabadda evdə partlayış olub: Xəsarət alanlar varbackend

Cəlilabadda evdə partlayış olub: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə oktyabrın 6-da saat 17.00 radələrində rayonun Uzuntəpə kənd sakini Valeh İsaxan oğlu Sadıqova məxsus birmərtəbəli evdə qeydə alınıb.

Yanğın baş verən zaman evdə yol tikintisində çalışan 10 nəfərə yaxın fəhlə istirahət edirmiş. Hadisədən dərhal sonra onlar evdən çıxmağa cəhd etsələr də, 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Həmin şəxslər Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvə cəlb olunub. Nəticədə 3 otaq və iki eyvandan ibarət evin müəyyən hissəsi qismən yanğından mühafizə edillib. Evin qalan hissəsi isə içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğına elektrik məişət cihazlarından birində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (apa)

İnterpress.az