Hadisə oktyabrın 6-da axşam saatlarında rayonun Privolnı kəndi ərazisində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan \”KamAz\” markalı yük maşını hərəkətdə olarkən 8 yaşlı kənd sakini Aqşin Faiq oğlu Məmmədovu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb.
8 yaşlı Aqşin isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
İnterpress.az