“Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxmayıb”.
Bu barədə AzNews.az- açıqlamasında sözü gedən nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib. O, bildirib ki, nazir dərslərdə ən aktiv iştirak edən kafedra müdiridir: “Mətbuatda cənab nazirin həmin vəzifədən çıxması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.
***
Bu barədə AzVision.az-a universitetdən məlumat daxil olub. Bildirilib ki, nazir uzun müddətdir ki, dərslərə gəlmədiyi üçün kafedra müdiri vəzifəsindən kənarlaşıb.
Məlumatı dəqiqləşdirmək məqsədi ilə Bakı Biznes Universiteti ilə əlaqə saxladıq. Oradan da faktı təsdiqlədilər.
Bildirildi ki, hazırda Maliyyə kafedrasının yeni müdiri Vəfa Nəcəfovadır. O, yeni tədris ilindən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Səlim Müslümov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziridir.
İnterpress.az