Seçki Məcəlləsinə əsasən səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələri səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməlidir.
Milli Məclisə seçkilərlə əlaqədar bu müddət noyabrın 7-dək olan dövrü əhatə edib. Məntəqə seçki komissiyaları sabahdan başlayaraq oktyabrın 29-dək seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqələri verəcək.
İnterpress.az