Qadın kafedə döyüldübackend

Qadın kafedə döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

50 yaşlı Məlahət Məlikova çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya gətirilib. Ona ilkin tibbi yardım göstəriləndən sonra palataya yerləşdirilib.

Zərərçəkənin sözlərinə görə, qardaşı hadisə baş verən kafedə pivə içib, lakin hesabı ödəməyə pulu çatmayıb. Pul gətirmək üçün vaxt istəyib və bu zaman yaranan mübahisənin nəticəsində o, kafenin işçiləri tərəfindən döyülüb. Məlahət Məlikova qardaşının döyüldüyünü eşidən kimi kafeyə gəlib. Yaranan mübahisə zamanı naməlum şəxslər Məlahət Məlikovaya xəsarətlər yetiriblər.

Faktla əlaqədar araşdırmalar aparılır. ( apa )

İnterpress.az