Videoda “Əl-Qaidə”nin 24 yaşlı səhra komandiri Əbu Übeyd əl-Madani və 24 yaşlı təlimatçısı Rafiq Əbu Mustafa çıxış edir.
Terrorçular Əsədi “Allahın düşməni adlandırırlar” və onu müdafiə edən rus qoşunları ilə döyüşməkdən çəkinmədiklərini deyirlər: “Bəs, rus əsgərləri Putinin eqoizmi, kaprizləri naminə ölməyə hazırdılar? Əgər ruslar bu torpaqlara gəliblərsə, biz onlara rüsvayçılıqla qaçıdıqları Əfqanıstanı xatırladacağıq”.
Mücahidlər Suriyaya gələn rusiyalı əsgərlərin yalınz tabutda bu torpaqları tərk edəcəklərinə söz verirlər. “Sizin övladlarınız Suriyadan tabutda qayıdacaq”, – 2 dəqiqəlik videoda mücahidlər deyirlər.
Sentyabrın 30-dan Rusiya hərbi hava qüvvələri Suriyada vuruşan terrorçu qruplaşmaların mövqelərinə hava zərbələri endirir. ( modern.az )
İnterpress.azhttps://youtube.com/watch?v=YADKoVbo-Dk