Yayılan məlumatlar əsasında araşdırma aparılıb: “Quba Rayon Polis Şöbəsinə bu məzmunda hər hansı müraciət daxil olmayıb. Bütün bunlar yalnız şayiədir. Ümumiyyətlə, hər hansı şəxslə bağlı buna oxşar müraciət edilməyib”.
Qeyd edək ki, dünən yayılan məlumata görə, rayonun Hacıhüseynli kənd sakinləri hava qaralan kimi kiminsə evləri daşladığını iddia ediblər. Onların sözlərinə görə, ev sahibləri çölə çıxır və heç nə ilə rastlaşmırlar. Digər bir kənd sakininin evindən qadınlara məxsus alt paltarları oğurlanıb. Digər qonşu isə hamamda çimərkən kiminsə hamamın pəncərəsindən onu güddüyünü deyir, bayıra çıxan kimi isə həmin şəxsin sürətlə qaçdığını bildirib.
İnterpress.az