Məzahir Pənahov bəzi DSK-lara xəbərdarlıq edibbackend

Məzahir Pənahov bəzi DSK-lara xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş REAL Vətəndaş Hərəkatının üzvü Mübariz Rəhimlinin namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılarkən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, bu DSK-larda ya DSK sədri yerində deyil, ya da deputatlığa namizədliyi irəli sürülmüş şəxsə sənədləri təqdim edən şəxs bu işi tam bilmir: “Biz 19 saylı Nərimanov Birinci Seçki Dairəsi barədə belə şikayətləri ilk dəfə eşitmirik. Biz belə dairə seçki komissiyalarını müəyyənləşdirməli, bu məsələ ilə məşğul olmalıyıq”.

M. Pənahov MSK-nın işçi qrupunun araşdırmasının isə obyektiv aparıldığını vurğulayıb: “MSK-nın işçi qrupunun araşdırması tam əhatəli, obyektivdir və istənilən deputatlığa namizədliyi irəli sürülən şəxs də bu araşdırmanın nəticələri ilə tanış ola bilərlər”.

Qeyd edək ki, MSK 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş REAL Vətəndaş Hərəkatının üzvü Mübariz Rəhimlinin namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmaması barədə şikayətini əsassız sayıb, DSK-nın qərarı qüvvədə saxlanılıb.

İnterpress.az