Xalq artisti Nuriyyə Əhmədova vəfat edibbackend

Xalq artisti Nuriyyə Əhmədova vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 saylı Klinik Şəhər Xəstəxanasından APA-ya verilən məlumata görə, N. Əhmədova oktyabrın 9-da xəstəxanaya gətirilib. Xalq artisti oktyabrın 10-da saat 04.35-də ürək çatışmazlığından vəfat edib. O, bu gün Mərdəkanda dəfn olunacaq.

Nuriyyə Əhmədova 1950-ci ildə Bakıda anadan olub. M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində təhsil alıb. Aktrisa kimi fəaliyyətə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə \”Mozalan\” süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti adına layiq görülüb.

İnterpress.az