Bu barədə “The New York Times” məlumat yayıb. “İŞİD”çilərin 6 yaşayış məntəqəsini ələ keçirdikləri bildirilir. Hazırda onlar Hələbin şimalındadır və Əsəd qoşunlarının mövqeləri ilə aralarında 2 km məsafə var.
Bu, son həftələrdə “İŞİD”in ən iri əməliyyatıdır. Xatırladaq ki bir gün əvvəl Hələb yaxınlığında İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Hüseyn Həmədani öldürülüb.
İnterpress.az