Dəhşətli yanğında avtomobili yanan sakinlər etiraz aksiyası keçirdibackend

Dəhşətli yanğında avtomobili yanan sakinlər etiraz aksiyası keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakinlər bildirirlər ki, yanğın zamanı yararsız hala düşən 10 ədəd avtomobil və iki obyektə görə heç bir kompensasiya ödənilməyib. Sakinlər dəyən ziyana görə onlara maddi yardım edilməsini tələb edirlər.

Sakinlər bildiriblər ki, onların müxtəlif qurumlara etdikləri çoxsaylı müraciətlərə baxmayaraq, onlara heç bir yardım edilməyib. Buna görə də sakinlər xarici dövlətlərin səfirliklərinə də müraciət etməyi düşünürlər.

Zərərçəkən Ülvi Hüseynov bildirib ki, Bakı şəhər İcra Hakimiyyətindən yer istəyib daha böyük aksiya keçirmək niyyətindədir: \”Əgər kiminsə bizə ayrılmış kompensasiyaya ehtiyacı varsa, çıxıb medianın qabağında kişi kimi bunu etiraf etsin. Mən kasıb canımla öz pulumu ona verərəm. Belə iş olmaz. İcra hakimiyyəyinə o qədər gedib-gəlirik, kənardan baxan elə bilir ki, oranın işçisiyik. Dəyən zərəri ekspertiza özü təyin edib. Biz də həmin məbləği tələb edirik. Başqa heç nə istəmirik. Gərək biz də özümüzü yandıraq, sonra yardım edələr?!\”. ( musavat.com )

İnterpress.az