“AVRO-2016″ya vəsiqə qazanan ölkələrbackend

“AVRO-2016″ya vəsiqə qazanan ölkələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, meydan sahibi kimi final mərhələsinə Fransaya qoşulmaq hüququnu 15 komanda əldə edib.

Son gündə Almaniya, Polşa, Albaniya və Rumıniya da final mərhələsinə yüksəlib.

Seçmə mərhələdə uğur qazanan 15 komandadan 6-sı – İngiltərə, Avstriya, Şimali İrlandiya, Portuqaliya, İspaniya və Almaniya qrup qalibi adını qazanıb. 4 yığma – İsveçrə, Rumıniya, Albaniya və Polşa isə 2-ci yeri tutub. Digər 5 komandanın ilk iki yerdən hansını tutacağı dəqiqləşməyib.

Fransa (meydan sahibi), İngiltərə, Çexiya, İslandiya, Avstriya, Şimali İrlandiya, Portuqaliya, İspaniya, İsveçrə, İtaliya, Belçika, Uels, Rumıniya, Albaniya, Almaniya, Polşa.

Bundan başqa, üç komanda 3-cü yeri təmin edib. Həmin yığmalar İrlandiya, Macarıstan və Danimarkadı. Onlar ən azı pley-offa vəsiqəni təmin edib. Lakin üçüncülər arasında ən yaxşı nəticəyə malik olan Macarıstan birbaşa vəsiqə də əldə edə bilər.

İnterpress.az