“Azәrbaycan vә İran dәmir yolu xәtlәri 2016-cı ilin sonuna kimi birlәşәcәk”backend

“Azәrbaycan vә İran dәmir yolu xәtlәri 2016-cı ilin sonuna kimi birlәşәcәk”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İranın Azәrbaycandakı sәfiri Möhsün Pakayin 9-10 oktyabr tarixlәrindә Astara-Astara görüşünün nәticәlәri barәdә danışarkәn deyib.

Diplomat bildirib ki, bu mәqsәdlә Azәrbaycan tәrәfindә 7 km vә İran tәrәfindә 2 km dәmir yolu xәtti çәkilmәlidir: \”Azәrbaycan artıq 10 gün әrzində bu prosesә başlayacağını bildirib. Hәmçinin, Astara çayının üzәrindә körpü tikilmәlidir. Bu körpünün tikilmәsi barәdә dә artıq razılıq әldә olunub. Hәr iki ölkә Asiya vә Avropaya açılan bir qapıdır vә ikisi dә tranzit vә yükdaşıma mәrkәzinә çevrilmәk niyyәtindәdir. hәmçinin 4 milyon ton potensiala malik gömrük terminalı inşa olunacaq\”.

Sәfir Rәşt-Astara dәmiryol xәttinin tikintisinә dә toxunaraq onunla bağlı işlәrin hәlә başlamadığını deyib: \”Hazırda Çin vә Rusiya ilә Rәşt-Astara dәmiryol xәttinin tikintisinә maliyyә resurslarının ayrılması barәdә danışıqlar aparılır. Bu dәmiryol xәttinin uzunluğu 170 km olacaq. Nәticәdә Fars körfәzi ilә Rusiya arasında dәmir yolu xәtti birlәşәcәk vә yüklәr daşınacaq\”.

İnterpress.az