Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Həmin məlumatda bildirilir ki, I və II Kür-Bakı magistral su xətlərində yenidənqurma işləri aparılır. Bununla əlaqədar oktyabrın 12-də gün ərzində Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
İnterpress.az