İstilik xidmətinin qiyməti qalxırbackend

İstilik xidmətinin qiyməti qalxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə qurumun Abunəçilərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev məlumat verib. Onun sözlərinə görə, mövcud istilik enerjisi tarifləri “Azəristiliktəchizat”a nəinki mənfəətlə işləməyə, heç xərclərinə belə ödəməyə imkan vermir: “Biz suyun 1 kubmetrini 1 manata alıb qaynadırıq və 40 qəpiyə əhaliyə satırıq. Buna görə də, tariflərin artırılması üçün hökumətə təkrar müraciət etmək niyyətindəyik”.

Azərbaycanda istilik enerjisi tariflərinin aşağı olması fikrini bir qədər əvvəl maliyyə naziri Samir Şərifov da səsləndirib. Nazir deyib ki, “Azəristiliktəchizat” üçün müəyyən edilmiş tariflər hətta içməli su və kanaliziya xidmətləri operatoru olan “Azərsu”nun tariflərindən aşağıdır, bu isə qurumun iqtisadi vəziyyətinin yaxşılaşmasına imkan vermir. (Fineko)

İnterpress.az