Şəmkir rayonu Zəyəm qəsəbəsində əhalinin tikdiyi məscid elə həmin qəsəbənin bir sakininin qəribə və bir o qədər də gülməli şikayəti üzündən sökülür. Belə ki, qəsəbənin mollası özünə məxsus torpaq sahəsində əhalinin köməyi ilə birlikdə 2-3 ilə tikdikləri məscidi qonşu evinə gün düşmür deyə şikayət edərək sökdürür. Halbu ki, məscidlə qonşunun evinin arasında 30-40 metrlik məsafə var. Belə olduqda isə məscidin günün qarşısını kəsmək fikri absurd olur. Bundan əlavə həmin qonşu şikayətində mollanın azan oxumasından da gileylənib.
Şəmkir rayonunun icra nümayəndələri isə bu şikayətə əsasən həmin məscidi sökmək qərarına gəlib. Artıq bir az əvvəl məscidin gümbəzini sökməyə nail olublar. Geri qalanını isə sabah sökməyi planlaşdırırlar.
Məsələni diqqətdə saxlayacağıq. ( olke.az )
İnterpress.azhttps://youtube.com/watch?v=BWJ99rjrGxM