O, hazırda Fransanın \”Lion\” komandasının şərəfini qoruyan həmyerlisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.
C. Sisse ilə yanaşı, adları açıqlanmayan daha 3 nəfər həbs edilib. Onlar Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilirlər.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, şantaj məsələsində C. Sissenin rolu az olduğuna görə bu yaxınlarda o, sərbəst buraxılacaq.
Xatırladaq ki, M. Valbuena C. Sisse ilə birlikdə 2006-2009-cu illərdə Fransanın \”Marsel\” komandasının şərəfini qoruyub.
İnterpress.az