İmişlidə avtoqəza baş verib: 2 ölü, 3 yaralıbackend

İmişlidə avtoqəza baş verib: 2 ölü, 3 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə İmişli rayonunu Qaradonlu kəndi ərazisində baş verib.

İmişli sakini, 1982-ci il təvəllüdlü Muradov Qeyrət İxtiyar oğlunun idarə etdiyi “Mercedes” markalı 10 NR 826 dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, Aranlı kənd sakini 1997-ci il təvəllüdlü Hüseynov Həsən Rasim oğlunun idarə etdiyi “VAZ 21011” markalı 10 ES 442 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində sərnişinlərdən Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Abayev Əlizamin Təbiət oğlu hadisə yerində, digər yaralı VAZ markalı avtomobilin sürücüsü Hüseynov Həsən Rasim oğlu cərrahiyə əməliyyatı zamanı dünyasını dəyişib.

Avtoqəzada yaralanan Qızılkənd sakini, 1956-cı il təvəllüdlü Cabbarova Göyçək Bayram qızı, Aranlı kənd sakini 1992-ci il təvəllüdlü Babaşov Elnur Mərdan oğlu və 1990-cı il təvəllüdlü İbayev Sahib Vəlixan oğlu travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az