Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə İdarəsinin yaydığı məlumatda bildirilir ki, yerli sakinin qətli ilə bağlı cinayət işi 1994-cü ilin dekabrında başlanıb.
Cinayətin üstünün açılması ilə bağlı ötən illərdə aparılan sistemli iş nəticəsində hadisədə əli olan şəxs müəyyənləşdirilib və saxlanılıb. Onun 45 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub.
İstintaq müəyyənləşdirib ki, həmin şəxs tanışı ilə birlikdə 28 yaşlı qıza bıçaq zərbələri endirərək öldürüb. Hadisə yerindən qaçan şəxslər Ulyanovsk vilayətini tərk ediblər.
Azərbaycanlı Voronej vilayətində saxlanılıb. 20 il müddətində o, ailə qurub, övladları dünyaya gəlib.
Tutulan şəxs Ulyanovsk vilayətinə göndərilib və orada barəsində həbs qərarı verilib. Qətli törədən digər şəxs isə axtarışdadır. ( apa )
İnterpress.az