Bu barədə report-a Şuranın şöbə müdiri Təvəkkül Dadaşov məlumat verib.
Onun sözlərinə görə, \”Qız atası\” serialında Azərbaycan ailəsinə xas olmayan söhbətlər baş verir, xalqın adət-ənənəsinə yad olan ailə obrazı yaradılır ki, iradlar da bu istiqamətdə olub: \”ATV-nin proqram direktoru bu məsələni öz nəzarətlərinə götürdüklərini bildirdi. Serialın baş prodüseri, aktyor Elməddin Cəfərov Şuranın iradlarını qəbul edib. O, qısa zamanda ssenaridə dəyişiklik ediləcəyini və tamaşaçının bir daha narahatçılıq yaradan məqamlarla qarşılaşmayacağını bildirib\”.
Şöbə müdirinin sözlərinə görə, \”Qız atası\” serialında \”Qaynanamız\” serialında olduğu kimi qeyri-etik mövzu və söhbətlərə yer verilmədiyi üçün şifahi xəbardalıqla kifayətləniblər.
T.Dadaşov onu da bildirib ki, yayımı bir aylıq dayandırılan \”Qaynanmız\” serialı əvvəllki formada efirə qayıdarsa, yayımına icazə verilməyəcək: \”Qaynanamız\” serialı irad tutulmuş məsələləri aradan qaldırarsa, yayımına icazə veriləcək\”.
Şöbə müdiri vurğulayıb ki, telekanalın məsul şəxsləri MTRŞ-nin qərarını anlayışla qarşılayıb və irad tutulan problemlərin aradan qaldırılacağına söz veriblər: \”ATV-nin məsul şəxsləri bizim qərarımızı anlayışla qarşıladı və verilən qərarları efirin sağlamlaşdırılmasına yönəlik addım kimi dəyərləndiriblər. Bildiriblər ki, Azərbaycanın efirində normal verilişlərin yayımlanmasını istəyirlər və bu işdə atılan addımlara qarşı deyillər\”.
İnterpress.az