Bu barədə APA-ya AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.
Onun sözlərinə görə, budəfəki G1 sinfinə malik geomaqnit qasırğasının səbəbi Günəşdə növbəti nəhəng \”tac dəliyi\”nin yaranması və “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir.
“Tac dəlikləri” demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir, buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir, maqnitosferlə qarşılıqlı təsirdə olur və onu həyəcanlandırır.
İnterpress.az