İnterpress.az \”Milliyet\”ə istinadən xəbər verir ki, Van şəhəri terrorla mübarizə idarəsinin əməkdaşları şübhəli bilinən 2 şəxsi izləyib
Təqib olunduqlarını başa düşən PKK terrorçuları polis əməkdaşlarına atəş açıb. Nəticədə polis əməkdaşlarından biri sinəsindən yaralanıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Əməliyyat zamanı terrorçulardan 1 məhv edilib, digəri yaralı şəkildə ələ keçirilib.
İnterpress.az