Jurnalistlər Dağlıq Qarabağı müzakirə edəcəkbackend

Jurnalistlər Dağlıq Qarabağı müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Layihə çərçivəsində Litva, Macarıstan, İtaliya, Türkiyə, Efiopiya, İngiltərə, Belçika, Almaniya və İsrail ölkələrinin tanınmış media nümayəndələri Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan tərəfinin reallıqlarını öyrənmək məqsədi ilə səfərdə olacaqlar. Səfər çərçivəsində Azərbaycanın əzəli torpaqları olan Qarabağ haqqında, Azərbaycanın beynəlxalq müstəvidə bu məsələyə yanaşmasına dair, qaçqın və məcburi köçkünlərin problemlərinin tapdalanmış insan haqlarının beynəlxalq ictimaiyyətdə daha çox qabardılması ən əsas məqsədlərdəndir.

Səfər zamanı yerli mətbuat orqanlarının bu məsələyə yanaşması, dövlət rəsmilərinin mövqeyi, vətəndaş cəmiyyəti institutları ilə görüşlərin keçirilməsi və təcrübi həqiqətlərin öyrənilməsi üçün xüsusi səfərlər nəzərdə tutulub. ( qafqazinfo.az )

İnterpress.az