Milli Məclisin son iclasının gündəliyi dəyişdirildibackend

Milli Məclisin son iclasının gündəliyi dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 20-də keçiriləcək iclasın gündəlyindəki məsələlərin sayı 25-dən 33-ə qaldırılıb. Gündəliyə 2016-cı il üzrə büdcə zərfinin təsdiqi ilə yanaşı, bir neçə ölkə ilə Azərbaycan dövlətinin imzaladığı sazişlər, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmə və hakimlər haqqında”, “İnformasiya əldə etmək haqqında”, “KİV haqqında” və digər qanunlara dəyişikliklər salınıb.

Xatırladaq ki, son iclasın tarixində də dəyişiklik olunub, oktyabrın 23-də keçirilməsi nəzərdə tutulan iclas ayın 20-ə təyin edilib.

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.

İnterpress.az