Rusiya “Əhrar aş-Şam” terror qruplaşmasının lideri Əbu Bəkr Əş-Şişanini məhv edibbackend

Rusiya “Əhrar aş-Şam” terror qruplaşmasının lideri Əbu Bəkr Əş-Şişanini məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “RİA Novosti”yə Suriyadakı hərbi mənbə bildirib.

“Oktyabrın 14-də Rusiya aviasiyasının Suriyanın Homs əyalətində endirdiyi zərbələr nəticəsində “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani bir qrup silahlı ilə birlikdə məhv edilib”, deyə mənbə bildirib.

Bundan əvvəl SANA agentliyi “Əhrar Əş-Şam” qruplaşmasının digər lideri şeyx Ömər Mustafa Əl-Xodranın və onun “sağ əli” Xalid Əbu Anasın Suriya ordusu tərəfindən məhv edildiyini bildirmişdi.

Qeyd edək ki, “Caiş əl-Fəth” təşkilatının tərkibindəki “Əhrar Əş-Şam” qruplaşması “Cəbhə ən-Nusra”dan sonra ikinci ən böyük terror qruplaşması hesab edilir. Bu ilin yazında “Əhrar Əş-Şam” qruplaşması Suriyanın şimalında Erih, İdlib və Cisr əş-Şuğura şəhərlərinin işğalında, yerli sakinlərin kütləvi edamında iştirak edib.

İnterpress.az