Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 16-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 15-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0473 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0098 manat və ya 0,82% azalaraq 1,1921 manata enib.
Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 2,4% artaraq 0,0171 manat səviyyəsində qərarlaşıb.
İnterpress.az