Bu barədə Türkiyə prezidentinin mətbuat katibliyi məlumat yayıb. Danışıq zamanı İŞİD-lə mübarizədə əməkdaşlığı gücləndirmək, Rusiyanın Suriyadakı hərbi əməliyyatları qarşılığında hansı addımların atıla biləcəyi müzakirə olunub.
ABŞ prezidenti oktyabrın 10-da Ankarada törədilmiş terror aktını qınayaraq, Türkiyə prezidentinə başsağlığı verib, ölkənin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı Türkiyə ilə həmrəy olduğunu açıqlayıb.
İki lider PKK hücumlarının tez bir zamanda qarşısının alınmasının vacibliyini qeyd ediblər. “İki ölkə prezidenti Suriyada siyasi keçid dövrü üçün lazımi mühitin formalaşdırılması məqsədilə İŞİD-ə qarşı hərbi təzyiqləri artırmağın, mülayim müxalifətin gücləndirilməsinin otaq hədəf olduğunu təsdiq edib. Onlar Kipr məsələsinin müzakirəsində də müsbət irəliləyişin olduğunu vurğulayaraq problemin həllinə yönəlmiş səyləri dəstəklədiklərini ifadə ediblər. Hər iki prezident Antalyada keçiriləcək G20 zirvəsinin gündəliyində duran məsələlərlə bağlı da fikir mübadiləsi aparıblar”, – deyə mətbuat üçün açıqlamada bildirilir. ( apa )
İnterpress.az